img
Enerso

Elektrik stansiyalarının tikintisi, inkişafı və texniki xidməti

Konsaltinq xidmətləri Tikinti–sahiblik–istismar Dövlət və özəl sektor arasında tərəfdaşlıq Elektrik stansiyalarının tikintisi, inkişafı və texniki xidməti Karbonun tutulması və saxlanması
Konsaltinq xidmətləri

Konsaltinq xidmətləri

Biz bərpa olunan enerji sahəsində fəaliyyət göstərən şirkətlərin səmərəliliyini artırmaq məqsədilə konsaltinq xidmətləri göstəririk. Bu çərçivədə istehsal gücünün maksimum səviyyəyə çatdırılması, xərclərin optimallaşdırılması və ətraf mühitə təsirlərin minimuma endirilməsi üzrə strategiyalar hazırlayırıq.

Tikinti–sahiblik–istismar

Tikinti–sahiblik–istismar

Biz layihənin bütün həyat dövrü üzrə tam məsuliyyəti öz üzərimizə götürürük — infrastrukturun layihələndirilməsi və tikintisindən başlayaraq, onun uzunmüddətli sahiblik və istismarına qədər. Tikinti–Sahiblik–İstismar (BOO) modeli çərçivəsində isə, müəyyən dövr ərzində bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün dövlət qurumları ilə müqavilələr bağlayırıq.

BOO modeli çərçivəsində təqdim etdiyimiz xidmətlərə daxildir:

Planlaşdırma və infrastruktur

Tikinti

Quraşdırma

İstismara hazırlıq (Pre-Commissioning)

Sınaq və istismara buraxılış (Testing & Commissioning)

Dövlət və özəl sektor arasında tərəfdaşlıq

Dövlət və özəl sektor arasında tərəfdaşlıq

Dövlət və özəl sektor arasında tərəfdaşlıq modeli çərçivəsində dövlət qurumları ilə birgə ictimai maraqlara xidmət edən layihələr inkişaf etdiririk. Bu modelin tərkib hissəsi olaraq, dayanıqlı enerji təşəbbüslərinin inkişafını, icrasını və maliyyələşdirilməsini asanlaşdırmağı hədəfləyirik.

Elektrik stansiyalarının tikintisi, inkişafı və texniki xidməti

Elektrik stansiyalarının tikintisi, inkişafı və texniki xidməti

    Bərpa olunan enerji sahəsində təcrübəli komandamız aşağıdakı əsas xidmətləri həyata keçirir:

    • Elektrik stansiyalarının inkişafı və tikintisi
    • Elektrik stansiyalarının istismarı və texniki xidməti
    • Kommunal xidmət göstərən qurumlar və digər alıcılarla elektrik enerjisinin ticarəti
    • Yanacaq qiymətləri və hava şəraiti kimi enerji istehsalı ilə bağlı risklərin idarə olunması
      • Ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsinin aparılması
      • Yerli icmalarla əməkdaşlıq və əlaqələrin qurulması
      Karbonun tutulması və saxlanması

      Karbonun tutulması və saxlanması

      Aktivlərin həyat dövrünün bütün mərhələlərini — saxlanma, daşınma və tutma daxil olmaqla — əhatə edən ixtisaslaşmış xidmətlər təqdim edir, sürətlə dəyişən və resursların məhdudlaşdığı müasir dünyada mürəkkəb çağırışlara peşəkar yanaşma və güclü ekspertiza ilə cavab veririk.