İnnovasiya və davamlılıq
Ətraf mühit >
Dayanıqlı inkişaf məqsədləri >
Təhlükəsizlik >
Korporativ dürüstlük
Korporativ dəyərlərimizdən biri dürüstlük olduğu üçün, şəraitdən asılı olmayaraq etik standartları ən yüksək səviyyədə qorumağa çalışırıq. Ətraf mühitlə bağlı məqsədlərimizə sadiq qalmaqla yanaşı, uyğunluq (compliance) standartlarının da təmin olunmasına diqqət yetiririk. Qanunvericilik və bazar şərtlərinin sürətlə dəyişdiyi qeyri-sabit bir dünyada fəaliyyət göstərməyimizə baxmayaraq, maraqlı tərəflərimizlə münasibətlərimizi tənzimləyən və dəyərlərimizin qorunmasını təmin edən uyğunluq strukturu formalaşdırmışıq.
Etika və Uyğunluq strukturumuzu Nobel Energy Group-un çərçivəsi əsasında qurmuşuq. Korporativ sənədlərimiz yerli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə hazırlanmışdır. Bu sənədlər əməkdaşlarımıza maraqlar toqquşması, korrupsiya və ayrı-seçkilik hallarında hansı addımların atılmalı olduğunu anlamaqda bələdçi rolunu oynayır.
Etika və Uyğunluq məsələlərində Nobel Energy Group-un Davranış Kodeksi və Biznes Etikası sənədinə istinad edirik. Bu sənəd Qrupun bu sahədəki məqsədlərini və mövqeyini əks etdirən prinsip və tələblərdən ibarətdir.
Korrupsiya ilə mübarizə bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki onu effektiv idarəetməyə və sağlam biznes mühitinə birbaşa təhdid kimi qiymətləndiririk. Buna görə də aşağıdakı hüquqi aktlara əsaslanan standartları qəbul etmişik:
- Birləşmiş Krallığın Rüşvətə Qarşı Qanunu, 2010 – UK Bribery Act 2010
- ABŞ-ın Xaricdə Korrupsiya ilə Mübarizə Qanunu, 1977 – Foreign Corrupt Practices Act (FCPA)
- 1997-ci il Xarici Dövlət Məmurlarının Rüşvətxorluğuna Qarşı Konvensiya – OECD Konvensiyası
- Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya Qarşı Konvensiyası, 2003
- ISO 37001:2016 – Rüşvətə Qarşı İdarəetmə Sistemləri üzrə Beynəlxalq Standart
- ISO 19011:2018 – İdarəetmə Sistemlərinin Auditinə dair Təlimatlar
Korrupsiyaya qarşı siyasətimiz rüşvət təklif edilməsi, verilməsi, tələb olunması və ya qəbul edilməsi daxil olmaqla, korrupsiyanın istənilən formasına qarşı sıfır tolerantlığımızın olduğunu nümayiş etdirir.
Enerso Əmək Məcəlləsinə tam şəkildə riayət edir və hər kəs üçün bərabər hüquqları, ayrı-seçkiliyə yol verilməyən davranışı təşviq edir. İnsan hüquqları ilə bağlı olaraq istinad etdiyimiz bir sıra daxili və xarici sənədlər mövcuddur. Bunlara İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi də daxildir. Bu bəyannamə insan hüquqlarını universal şəkildə qoruyan və qlobal və regional səviyyələrdə tətbiq edilən bir çərçivə sənədidir.
Əməkdaşlarımızın ayrı-seçkilik və ya insan hüquqlarının pozulması halları ilə üzləşməməsini təmin etmək məqsədilə etik qaynar xətt yaratmışıq (ethics_nbo@nobelenergy.com / +994 70 299 49 80). Hər bir əməkdaş bu kanallar vasitəsilə narahatlıqlarını və şübhələrini sərbəst şəkildə bildirə bilər. Bundan əlavə, mövzu ilə bağlı əməkdaşlarımızın məlumatlılığını artırmaq üçün davamlı ünsiyyət və görüşlər təşkil edirik.