img
Enerso

Enerso Azərbaycanda Yaşıl Enerji üzrə Müzakirələrin İnkişafına Töfhə Verir

img

Nobel Energy-nin bərpa olunan enerji üzrə törəmə şirkəti olan Enerso, Yaşıl Enerji Zonalarının inkişafına yönəlmiş regional təşəbbüslərdə fəal iştirakı ilə Azərbaycanın yaşıl enerji gündəliyini dəstəkləməyə davam edir.

Enerso “Yaşıl Enerji Zonaları: Konseptual Yanaşmalar, İlkin Nəticələr və Çağırışlar” mövzusunda keçirilən tədbirlərdə iştirak edərək dövlət qurumlarının, sənaye, elm və təhsil müəssisələrinin nümayəndələrinin bir araya gəldiyi müzakirələrdə ölkənin bərpa olunan enerji üzrə prioritetləri və regional imkanları ətrafında fikir mübadiləsinə töhfə verib.

Naxçıvanda müzakirələr Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan İnnovasiyalar Mərkəzində keçirilib. Tədbirin gündəliyində Azərbaycanın strateji enerji hədəfləri, Naxçıvanın yüksək günəş enerjisi potensialı, yeni elektrik stansiyalarının tikintisi və enerji ixracı layihələri yer alıb.

Proqram çərçivəsində Enerso-nun Bərpa Olunan Enerji üzrə Layihə Meneceri Can Aslan yaşıl enerji sektorunda investisiya imkanlarına həsr olunmuş panel müzakirəsində iştirak edərək layihələrin inkişafı və icrası ilə bağlı təcrübə və baxışlarını bölüşüb.

Bu fəaliyyətlər Xankəndidə Qarabağ Universitetində keçirilən və Azərbaycan Respublikasının Energetika Nazirliyi və onun yanında fəaliyyət göstərən Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunan tədbirlə davam etdirilib. Müzakirələrdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpa olunan enerji potensialı, aparılan bərpa və quruculuq işləri, eləcə də azad edilmiş ərazilərdə müasir və dayanıqlı enerji infrastrukturunun qurulması məsələləri ön plana çıxıb. Enerso nümayəndələri həmçinin ölkənin yaşıl enerji gündəliyi, enerji səmərəliliyi təşəbbüsləri və bu bölgələrdə tətbiq olunan innovativ yanaşmalar üzrə fikir mübadiləsində iştirak ediblər.

Bu fəaliyyətlər Enerso-nun əməkdaşlıq, praktiki təcrübə və fəal iştirak yolu ilə Azərbaycanın yaşıl enerji hədəflərini dəstəkləmək və ölkənin enerji keçidinə töhfə vermək istiqamətində davamlı öhdəliyini əks etdirir.

Teqlər: Davamlılıq