Biz kimik?
Enerso, Nobel Energy-nin törəmə şirkəti olaraq dayanıqlı enerji sahəsində fəaliyyət göstərir və bərpa olunan enerji layihələrinin inkişafı, idarə edilməsi və elektrik enerjisinin ticarəti ilə məşğuldur.
Missiyamız
Biz qlobal enerji keçidini dəstəkləyən təmiz və dayanıqlı həllər təqdim edirik və müştərilərimizin enerji səmərəliliyini artıraraq karbon izlərini azaltmalarına kömək edirik.
Baxışımız
Biz bərpa olunan enerji sahəsində imkanları genişləndirərək, bizneslər və cəmiyyətlər üçün daha təmiz və dayanıqlı enerji perspektivi yaradırıq.
Dəyərlərimiz
Davamlılıq
Təhlükəsizlik
Biz biznes fəaliyyətimizi ən yüksək sosial, ekoloji və təhlükəsizlik təcrübələrinə uyğun aparırıq. Biz yaxşı bir korporativ vətəndaş olmaq öhdəliyimizə sadiqik. Əməkdaşlarımızın sağlamlığına və təhlükəsizliyinə, obyektlərimizin və ətraf mühitin qorunmasına böyük önəm veririk.
İnsanlara yönəlik
Uğur hekayələrimizin əsas təkanverici qüvvəsi olan insanları ən dəyərli varlığımız hesab edirik. Əməkdaşlarımızın sağlamlığına və inkişafına böyük diqqət yetirməklə, biz mədəniyyətlərin, fikirlərin, bacarıqların və təcrübələrin müxtəlifliyini dəstəkləyən iş mühitinin yaradılması öhdəliyimizə sadiq qalırıq. Hər kəsin bərabər hüquq və imkanlara, yüksək dəyərlərə malik olduğu sağlam mühiti təmin edirik.
Bütövlük
Biz başqalarına və özümüzə qarşı dürüstük. Bütün biznes fəaliyyətimizdə ən yüksək etik standartlara cavab veririk. Söz verdiyimizi edirik. Məsuliyyətimizi tam anlayıb etdiklərimizə və etməli olub etmədikərimizə görə özümüzü cavabdeh bilirik.
Mükəmməllik
İş prinsipimiz və sistemlərimizin davamlı inkişafını dəstəkləyərək gördüyümüz işlərdə yüksək iş icrasının və əməliyyatların həyata keçirilməsində mükəmməlliyin təmin edilməsinə can atırıq.
İnnovasiya
Korporativ idarəetmə
Biz fəaliyyətimizi
dürüstlük, dayanıqlılıq və mükəmməllik dəyərləri çərçivəsində həyata keçirməyimizi təmin edən korporativ idarəetmə strukturu formalaşdırmışıq. Bu struktur biznesimizin səmərəli və peşəkar şəkildə idarə olunmasına xidmət edir.