img
Enerso

Enerso Cəbrayıl şirkəti Ekoloji Cəhətdən Təmiz Enerjiyə Keçidi Sürətləndirmək üçün Əsas Razılaşmaları İmzalayıb

img

Böyük məmnuniyyətlə bildiririk ki, 2 iyuntarixində Bakı Enerji Həftəsi çərçivəsində Enerso Cəbrayıl şirkəti bir neçə əsasrazılaşmanı, o cümlədən, Enerji Alqı-satqı Müqaviləsini (EASM), Ötürücü ŞəbəkəyəQoşulma Müqaviləsini (ÖŞQM), Torpaq İcarə Müqaviləsini (TİM) və BalanslaşdırmaMüqaviləsini imzalamışdır. Bu razılaşmalar Cəbrayıl rayonunda 50 MVt gücündə“Üfüq” Günəş Elektrik Stansiyasının inkişaf etdirilməsi üçün EnergetikaNazirliyi ilə 4 aprel 2025-ci il tarixində imzalanmış İnvestisiya Sazişi çərçivəsindəyaradılmış sistemin bir hissəsini təşkil edir.  

EASM-da qeyd edilir ki, Enerso Cəbrayıl şirkəti “Üfüq” Günəş ElektrikStansiyasından ekoloji cəhətdən təmiz elektrik enerjisini hasil edərək “Azərenerji”yətədarük edəcək. “Azərenerji” isə, elektrik enerjisini alaraq milli şəbəkəyəinteqrasiya edəcək və elektrik enerjisinin mübadiləsi mexanizmində əsas roloynayacaq. ÖŞQM Enerso Cəbrayıl şirkətinə“Azərenerji”nin ötürücü şəbəkəsinə giriş imkanı verməklə bərpa olunan elektrikenerjisinin son istifadəçilərə səmərəli və təhlükəsiz şəkildə çatdırılmasınaimkan yaradır və bununla da bu prosesi tamamlayır. TİM 50 MVt gücündə “Üfüq” Günəş ElektrikStansiyası Layihəsinin tikintisi və istismarı üçün tələb olunan təyinatlıtorpaq sahəsindən istifadənin hüquqi əsasını müəyyənləşdirir. Eyni zamanda, Balanslaşdırma Müqaviləsi faktiki və proqnozlaşdırılanelektrik axınları üçün aidiyyəti balanslaşdırma tədbirlərini müəyyən edir.

EASM və ÖŞQM “Azərenerji” ASC-nin İdarə Heyətinin sədriBaba Rzayev və Nobel Energy şirkətinin baş kommersiya direktoru, eyni zamandaNobel Energy şirkətinin Dayanıqlı Enerji üzrə törəmə şirkəti olan Enerso CəbrayılMMC-nin direktoru Eldar Məmmədzadə tərəfindən imzalanmışdır.

TİM Azərbaycan Respublikasının energetikanaziri Pərviz Şahbazov və Enerso Cəbrayıl MMC-nin direktoru Eldar Məmmədzadə tərəfindənimzalanmışdır.

Balanslaşdırma Müqaviləsi “Azərenerji” ASC-nin İdarəHeyətinin sədri Baba Rzayev, “Norm” ASC-nin baş direktorunun strategiya vəmaliyyə məsələləri üzrə müavini Elvin Mirzəyev və Enerso Cəbrayıl MMC-nindirektoru Eldar Məmmədzadə tərəfindən imzalanmışdır.

Bu mərhələ ekoloji cəhətdən təmiz enerjisahəsində Azərbaycanın mühüm irəliləyişin göstəricisidir. Layihə xüsusilə dəazad edilmiş ərazilərdə ölkənin enerji kompleksinin şaxələndirilməsinə töhfəverəcək, enerji təhlükəsizliyini gücləndirəcək və daha geniş dayanıqlılıq vəyaşıl enerjiyə keçid məqsədlərini dəstəkləyəcək.

Eldar Məmmədzadə deyib: "Bu tərəfdaşlıqlarAzərbaycanın ekoloji cəhətdən daha təmiz, daha dayanıqlı enerji gələcəyinə dairbizim ümumi baxışımızın bariz nümunəsidir. "Üfüq" Günəş ElektrikStansiyası hələ başlanğıcdır və biz ölkəmiz və onun əhalisi üçün davamlı müsbətnəticələr əldə etmək məqsədilə birgə işimizi davam etdiririk.”

50 MVt gücündə “Üfüq” Günəş ElektrikStansiyasında hər il təxminən 110 milyon kilovatt-saat ekoloji təmiz elektrikenerjisinin istehsal ediləcəyi gözlənilir ki, bu da orta miqyaslı sənaye müəssisəsiningücləndirilməsi üçün yetərlidir və karbon emissiyalarının azaldılmasında mühümrol oynayacaq. Ətraf mühit üçün faydalarından əlavə, layihə tikinti zamanı300-dən çox iş yerinin və tamamlandıqdan sonra 50-yə yaxın daimi iş yerininyaradılması ilə regiona maddi sosial-iqtisadi dəyər qatacaq. 

Teqlər: Davamlılıq